Sumqayıtda kişi qaynını bıçaqlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyulun 31-i saat 21 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Göyərçin” marketin qarşısında baş verib.
Ağayev Zamin Hüseynağa oğlu ilə yeznəsi Rzayev Güldədə Dədəş oğlu arasında mübahisə yaranıb. Bu zaman G. Rzayev özündə olan bıçaqla Z.Ağayevi qəsdən vuraraq ona ağır zərərvurmaya aid bədən xəsarəti yetirib.
Faktla bağlı Sumqayıt şəhər Pİ-də cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər