Marketin yanında mübahisə etdilər, biri bıçaqlandı

marketin-yaninda-mubahise-etdiler-biri-bicaqlandi
Oxunma sayı: 1324

Sumqayıtda mübahisə bıçaqlanma ilə nəticələnib. 

“Qafqazinfo” xəbər verir ki, aprelin 26-sı axşam radələrində 12-ci mikrorayonda yerləşən “Səməd” adlı marketin arxasında Elxan Rüstəmov adlı şəxs Ramil Cəlilovun ünvanına nalayiq söyüş söyüb. Bu səbəbdən onların arasında mübahisə yaranıb və E. Rüstəmov R. Cəlilova 4 dəfə bıçaq zərbəsi vurub.

R. Cəlilov təcili tibbi maşını vasitəsilə Sumqayıt Şəhər Xəstəxanasına aparılıb.

Cinayət işi başladılıb və hadisəni törətməktə təqsirkar bilinən E. Rüstəmov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub. Məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.