Marmarisdə meşə yanğını yenidən gücləndi

marmarisde-mese-yangini-yeniden-guclendi
Oxunma sayı: 2465

Muğlanın Marmaris şəhərində güclü külək səbəbindən meşə yanğını şiddətlənib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Asparan ərazisindəki güclü yanğın səbəbindən Marmaris-Datça yolu bağlanıb. Yanğın Armutalan məhəlləsinin yaxınlığındakı meşə sahəsinə də keçib. Vətəndaşlara bölgəni tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Turistlər artıq şəhəri tərk etməyə başlayıb.