Gürcüstanın şərqində, azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində beşmərtəbəli yaşayış binasının eyvanı uçub.
“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Ölənlərdən biri hamilə qadındır.
Eyvanın çökməsinin səbəbi hələlik müəyyən edilməyib.