Marneulidə Nəriman Əbdülrəhmanlının kitablarının təqdimatı keçirilib

Marneulidə Nəriman Əbdülrəhmanlının kitablarının təqdimatı keçirilib
Oxunma sayı: 260

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, Millət vəkili, Azərbaycan-Gürcüstan Dostluq qrupunun sədri Qənirə Paşayeva çıxışında bildirib ki, əslən Qaraçopdən olan, istedadlı yazıçı, tədqiqatçı, tərcüməçi Nəriman Əbdülrəhmanlının 2012-ci ildə qələmə aldığı, tərtib və tərcümə etdiyi üç kitabın təqdimatını keçiririk: “İndiki zamanda belə məzmunlu kitabların təbliği gənclərimiz üçün vacibdir. Çünki onlar gələcəyin şəxsiyyətləridir. Biz bu gün “Təhlədənəm özüm, dağlar,” “İsgəndər Palanın Yunis Əmrə haqqında olan “Od” romanının və “Nobel antologiyası” kitabları haqqında fikir və mülahizələrimizi söyləyəcək və yazıçı Nəriman Əbdülrəhmanlının ədəbi yaradıcılığına ətraflı nəzər salacağıq.”

Millət vəkili Qənirə Paşayeva çıxışında rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun dəstəyi ilə Nəriman Əbdülrəhmanlının tərtib etdiyi “Ədəbi Nobel antologiyası” kitabının oktyabrın 23-də Bakıda təqdimatı olacağını bildirib. Onun sözlərinə görə, tərtibçi bu kitabda indiyədək Nobel mükafatı alan şəxslərin tərcümeyi-halı və onlar haqqında hekayələr dərc edib. Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun dəstəyi ilə çap olunmuş “Ədəbi Nobel antologiyası” kitabını Gürcüstanda azərbaycan məktəbləri üçün hədiyyə edib. O, eyni zamanda Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun dəstəyi ilə Nəriman Əbdülrəhmanlının tərcümə etdiyi məhşur Türkiyə yazıçısı İsgəndər Palanın Yunus İmrə ilə bağlı yazdığı “OD”romanı, gənclərin bu romanı oxumasının vacibliyindən də danışıb və Gürcüstanda azərbaycan məktəbləri üçün çoxlu sayda “OD” romanı hədiyyə edib.

Tədbirin sonunda Qənirə Paşayeva bildirib ki, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Bakıdan gətirdiyimiz ədəbiyyat nümunələrini Azərbaycan dilli məktəblərə bağışlayacağıq.

Azərbaycan-Gürcüstan Dostluq qrupunun sədri, millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında yazıçı Nəriman Əbdülrəhmanlının kitablarının təbliğinin vacibliyini vurğulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi