Marneulidə yaşayan soydaşlarımız üçün konsert keçirilib

Marneulidə yaşayan soydaşlarımız üçün konsert keçirilib
Oxunma sayı: 423

Heydər Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 21-də Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə maraqlı konsert təşkil olunub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, konsert Azərbaycan Respublikasının 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunub. Tədbirdə səfir Dursun Həsənov çıxış edib və konsertin təşkilinə göstərdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi aparatının rəhbəri Tina Qogeliani, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və başqaları çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Tədbir iştirakçılarına maraqlı konsert proqramı təqdim olunub. “Natiq ritm qrupu” və digər musiqiçilərin çıxışları alqışlarla qarşılanıb. Azərbaycanın xalq və bəstəkar mahnıları, milli musiqi və saz havası yerli sakinlərdə xoş təəssürat yaradıb.

Paytaxt Tbilisi və Rustavi şəhərlərindən, eləcə də, qonşu Bolnisi, Qardabani, Dmanisi rayonlarından da xeyli sayda azərbaycanlı Marneuliyə gəlib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi