Gürcüstan prezidenti Georgi Marqvelaşvili növbəti prezident seçkiləri ilə bağlı qərarını bəyan edib.
“Qafqazinfo” “Sputnik-georgia”ya istinadən xəbər verir ki, ölkə başçısı bu il oktyabrda keçiriləcək seçkilərə qatılmayacağını bildirib. O, bu qərarını Tbilisidə kütləvi mühazirələr zamanı səsləndirib.
Qeyd edək ki, Georgi Marqvelaşvili 2013-cü ildən Gürcüstana rəhbərlik edir. Ölkə yeni prezidentini bu il oktyabrın 28-i seçəcək.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər