Gürcüstanın keçmiş Prezidenti Georgi Marqvelaşvili ölkənin müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri təyin ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Rustavi-2” telekanalı yayıb.
Məlumata görə, ölkənin dördüncü Prezidenti olan Marqvelaşvili öz sələfi Mixail Saakaşvilidən partiyaya sədrlik barədə təklif alıb və partiya bu məsələ ilə bağlı artıq qərar verib.
Marqvelaşvili isə öz növbəsində sözügedən məlumatı nə təsdiq, nə təkzib edib.
Qeyd edək ki, “Vahid Milli Hərəkat” müxalif partiyası 2001-ci ildə M. Saakaşvili tərəfindən təsis edilib. Partiyaya 2020-ci ilin dekabrından Nika Melia sədrlik edir.
Son xəbərlər
Son Xəbərlər