“Mars” da Rusiyada fəaliyyətini dayandırdı

mars-da-rusiyada-fealiyyetini-dayandirdi
Oxunma sayı: 1833

ABŞ-ın “Mars” şirkəti Rusiyaya məhsul idxal etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

Məlumata görə, şirkət Rusiyaya yeni investisiyaları dayandırıb və öz məhsullarını Rusiyaya idxal etməyəcək.

Şirkət həmçinin Rusiya və Belarusda sosial şəbəkələrdəki fəaliyyətini və reklamını dayandırır.

“Şirkət həmçinin Ukrayna vətəndaşlarını dəstəkləyir və qurbanlara yardım üçün əvvəllər ayrılmış 2 milyon dollara əlavə olaraq ianələrin məbləğini 10 milyon dollar artırır. Biz bu müharibənin günahsız qurbanlarına dəstəyimizi bir daha təsdiqləyirik və münaqişənin sülh yolu ilə həllinə çağırırıq”, - deyə “Mars”dan bildirib.