ABŞ Kosmik Agentliyi (NASA) Marsa qanadlarla təchiz edilən robot kəşfiyyatçılar göndərməyi planlaşdırır.
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, onlar “Mars arıları” adlanır və Qırmızı planetdə atmosfer təzyiqi haqqında məlumatların əldə olunması və reqolit nümunələrinin götürülməsi üçün nəzərdə tutulur.
“Mars arıları”nın digər adı qanad yelləyən aerokosmik konstruksiyadır (flapping wing aerospace architectures). Mütəxəssislər güman edir ki, robotlar qrup şəklində fəaliyyət göstərəcək və enerji toplamaq üçün mütəmadi səyyar bazaya - kosmik aparata qayıdacaqlar. Hazırda mütəxəssislər layihənin texniki baxımdan həyata keçirilməsi üzərində çalışırlar. Məsələn, onlar Mars atmosferində uçan robotların aerodinamikasını öyrənmək məqsədilə vakuum-kameradan istifadəni planlaşdırırlar.
Mütəxəssislərin sözlərinə görə, ilkin tədqiqatlardan məlum olub ki, cırcırama qanadlarına malik eşşəkarısını imitasiya edən aparat uçuş üçün lazımi qaldırıcı güc yaradacaq. Bununla yanaşı, mütəxəssislər qanad dayaqlarında yaylar quraşdırmaqla enerji sərfiyyatını minimallaşdırmağa hazırlaşırlar. Bundan başqa, robotlardan biri yerə düşəndə, digəri onu qaldıraraq bazaya gətirə biləcək.
Son xəbərlər
Son Xəbərlər