Marsa uçacaq olan astronavtlar bir illik Ayda qalacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NASA nümayəndəsi Qreq Uilyams bildirib.
Onun sözlərinə görə, astronavtların Aydan dayanacaq kimi istifadə etməsi iki mərhələli planın bir hissəsidir. NASA 2018-ci ildən 2026-ci ilə kimi Aya dörd uçuş həyata keçirəcək. Nəticədə Yerin peykinə elmi laboratoriyalar və yaşayış bölmələrdən ibarət bir neçə modul çatdırılacaq.
Mütəxəssislər bununla kosmosda uzun müddətli qalmağın insan orqanizminə təsirini öyrənməyə çalışacaqlar.
Əgər hər şey plan üzrə getsə, o zaman NASA 2027-ci ildə Marsa uçuşun ikinci mərhələsi başlamağı planlaşdırır.
25 illik nəzərdə tutulan lahiyənin dəyərinin 1 trilyon dollar ola biləcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər