“Marsel” möcüzəsi yunanların sevincini gözündə qoydu

marsel-mocuzesi-yunanlarin-sevincini-gozunde-qoydu
Oxunma sayı: 633

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E,F, G və H qruplarında mübarizə yekunlaşıb. E qrupunda “Çelsi” həlledici oyunda “Valensiya”nı böyük hesabla məğlub edib. Bununla da, “zadəganlar” qrup lideri olub. Leverkuzen “Bayer”i isə ikinci yeri tutub. F qrupunda “Marsel” son dəqiqələrdə vurduğu iki qolla “Borussiya Dortmund”u məğlub edib və “Arsenal”la birgə pley-offa vəsiqə qazanıb. “Olimpiakos” isə Avropa Liqasına qatılmaqla təsəlli tapacaq. G qrupunda “Portu” evdə “Zenit”in müqavimətini qıra bilməyib. Beləliklə, peterburqlular növbəti mərhələyə vəsiqə qazanıb. Portuqaliya çempionu isə Avroliqa ilə kifayətlənməli olacaq. İlk iki yerin sahibinin bu tura qədər məlum olduğu H qrupunda Avropa Liqasına kimin gedəcəyi də müəyyənləşib. Bu, Çexiyanın “Viktoriya” klubu olub.
Turun digər oyunları bu gün keçiriləcək.
E qrupu

23:45. “Genk” (Belçika) – “Bayer” (Leverkuzen) - 1:1
Qollar: Vossen, 30 (1:0), Dərdiyok, 79 (1:1)

23:45. “Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya) - 3:0
Qollar: Droqba, 3 (1:0), 76 (3:0), Ramires, 22 (2:0)


F qrupu

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Marsel” (Fransa) - 2:3
Qollar: Blazukovski, 23 (1:0), Hummels, 32-pen (2:0), Remi, 45 (2:1), Ayev, 85 (2:2), Valbuena, 87 (2:3)

23:45. “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 3:1
Qollar: Dyebbour, 16 (1:0), Torrios, 36 (2:0), Benayun, 57 (2:1), Modesto, 90 (3:1)


G qrupu
23:45. “Porto” (Portuqaliya) – “Zenit” (Rusiya) - 0:0

23:45. APOEL (Kipr) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 0:2
Qollar: Adriano, 62 (0:1), Seleznyov, 78 (0:2)

H qrupu

23:45. “Viktoriya” (Plzen, Çexiya) – “Milan” (İtaliya) - 2:2
Qollar: Pato, 47 (0:1), Robinyo, 49 (0:2), Bıstron, 89 (1:2), Duris, 90 (2:2)

23:45. “Barselona” (İspaniya) – BATE (Belarus) - 4:0
Qollar: Roberto, 35 (1:0), Montoya, 60 (2:0), Pedro, 63 (3:0), 83-pen (4:0)

Ceyhun Əhmədov