Avropa Konfrans Liqası pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” klubu Ağdam təmsilçisi ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, Fransa klubunun tvitter səhifəsində “Qarabağ”a feyr-pley nümunəsinə görə təşəkkür edilib.
Paylaşımda “onlar bunu etməyə məcbur deyildilər” yazılıb.
Qeyd edək ki, dünən Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşün 34-cü dəqiqəsində "Qarabağ"ın hücumçusu İbrahima Vadji əl ilə qol vuraraq hesabı bərabərləşdirmişdi. Lakin Qurban Qurbanovun müdaxiləsindən sonra seneqallı forvard hakimə topu əli ilə vurduğunu bildirib. Nəticədə polşalı hakim Bartoş Frankovski "Qarabağ"ın qolunu ləğv edib.

Son xəbərlər
Son Xəbərlər