Marselo “Olimpiakos”dan getdi

marselo-olimpiakosdan-getdi
Oxunma sayı: 3496

Braziliya millisinin sabiq futbolçusu Marselo "Olimpiakos"dan (Yunanıstan) ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Marselo 2022-ci ilin sentyabrından "Olimpiakos"da oynayırdı. "Real"ın sabiq futbolçusu həmin vaxt Yunanıstan klubu ilə 1+1 sxemli müqavilə imzalamışdı.