Marşrut avtobusunda telefon oğurlayan qadın saxlanıldı

marsrut-avtobusunda-telefon-ogurlayan-qadin-saxlanildi
Oxunma sayı: 1345

Bakıda avtobusda oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, carı il yanvarın 15-də 191 saylı xətt avtobusunda Bakı şəhər sakini Nigar Cəbrayılovanın çantasından mobil telefon oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Aytən Mirzəyeva saxlanılıb.

Murad Əhməd