Marşrut avtobusunun vurduğu kişi öldü - Bakıda

marsrut-avtobusunun-vurdugu-kisi-oldu-
Oxunma sayı: 1432

Yanvarın 20-də marşrut avtobusunun vurduğu piyada dünən ölüb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 20-si saat 18 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Süleyman Hacıyev idarə etdiyi “Daewoo” markalı 40 saylı xətt avtobusu ilə paytaxt sakini Fikrət Quliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 28-də orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd