Marşrutda pulqabı oğurlayan tutuldu

marsrutda-pulqabi-ogurlayan-tutuldu
Oxunma sayı: 854

Marşrut avtobusunda oğurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 31-də Masazır qəsəbə sakini olan qadının qəsəbə ərazisindəki xətt marşrutlarının birində içərisində 222 manatı və sənədləri olan pulqabısı çantasından oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Ağamalıyev saxlanılıb.

Araşdırma aparılır.