Bakıda oğurluq etdiyi üçün saxlanılan şəxsin üzərinə baxış zamanı narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 2-də Nəsimi rayonu ərazisində 83 N-li xətt avtobusunda Bakı şəhər sakini Nigar Əhmədovanın çantasından pul və sənədlər oğurlanıb.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmyerliləri, əvvəllər məhkum olunmuş Səbuhi Hüseynov və Ceyhun Seyidbəyov tutulublar.
C.Seyidbəyovdan 1,251 qram, S.Hüseynovdan isə 1,574 qram heroin götürülüb.
Son xəbərlər
Son Xəbərlər