Mart ayında zəlzələ bölgəsində tikiləcək evlərin siyahısı

mart-ayinda-zelzele-bolgesinde-tikilecek-evlerin-siyahisi
Oxunma sayı: 2006

Mart ayında Türkiyənin zəlzələ bölgələrində 199 739 ev tikiləcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Hatayda bildirib:

"Biz yeni şəhər planı çərçivəsində torpağın keyfiyyətini və fay xəttinə qədər olan məsafəni nəzərə alaraq bütün yaşayış sahələrini öz memarlığına, tarixi və mədəni fakturasına uyğun dizayn edirik”.

Mart ayında tikiləcək 199 739 yaşayış evinin siyahısı belədir:

Kahramanmaraşda: 45 min 67

Malatyada 44 min 770

Hatayda: 40 min 426

Adıyamanda: 25 min 882

Qaziantepdə: 10 min 544

Osmaniyedə: 9 min 550

Diyarbəkirdə 6 min

Elazığda: 3 min 750

Adanada: 2 min 500

Şanlıurfada: 3 min

Kilisdə: 250