Martda 31 dərəcə isti olub - 2008-ci ildə

martda-31-derece-isti-olub
Oxunma sayı: 1339

“Əminliklə demək olar ki, mart ayında hava dəyişkən olacaq. Ümumiyyətlə, mart ayının dəyişkənliyi kimi, stabil heç nə yoxdur. Bu da mülayim enliliklərdə siklon və antisiklonların aktivləşməsi ilə bağlıdır”.

Bu sözləri “Qafqazinfo”ya Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, mart ayında havanın temperaturu çox da nəzərəçapmayan müsbət və mənfi fərqlərlə iqlim norması daxilində tərəddüd edəcək: “Səhər evdən çıxanda mülayim hava şəraiti sizi aldatmasın, o, gün ərzində kəskin dəyişə bilər. Yağıntılar isə ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər”.

Məlumat üçün bildirək ki, axırıncı onilliklərdə ən isti mart ayı 2002-ci ildə müşahidə edilib, bu zaman orta aylıq temperatur iqlim normasından 3,8 dərəcə yüksək olub. Martda havanın ən yüksək temperaturu isə 2008-ci ildə 31 dərəcə müşahidə edilib. 2014-cü ildə isə havanın temperaturu kəskin dəyişərək Bakıda cəmi 9 dərəcə olub.