Martda gəzməyə yer axtaranların nəzərinə!

martda-gezmeye-yer-axtaranlarin-nezerine
Oxunma sayı: 2769

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yazın gəlişi ilə əlaqədar Azərbaycanın milli parklarında keçiriləcək mart tədbirlərinin siyahısını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, müxtəlif yaş qruplarını əhatə edən tədbirlərdə həm bahar bayramı motivləri əks olunacaq, həm də vəhşi təbiətlə təmas gerçəkləşəcək:

3 mart–Göygöl milli parkı, od çərşənbəsində yazın və təbiətin oyanışını görmək məqsədilə ekotur və bayram tədbiri;

10 mart–Qızılağac milli parkı, yel çərşənbəsində “Yurdumuza bahar gəlir” adlı sərginin təşkili və bayram tədbiri;

14 mart-Abşeron Milli Parkı, park ərazisinin qədim zamanlardan sevgiyə inanc gətirən yer olması ilə bağlı əfsanənin müasir konseptdə təqdimatı-"Sevgi qapısı"nın açılışı;

17 mart-Hirkan Milli Parkı, torpaq çərşənbəsində parkın füsunkar təbiəti ilə yaxından tanışlıq və bayram tədbiri ;

21 mart-Şirvan Milli Parkı, “Ümumdünya torpaq günü” ilə əlaqədar seminar və safari turu;

22 mart -Şahdağ Milli Parkı, “Ümumdünya su günü” ilə əlaqədar Xanagah və Qoşabulaq şəlalələrinə ekotur;

28 mart-Samur-Yalama Milli Parkı, məktəblilər üçün açıq dərs;

29 mart-Altıağac Milli Parkı, məktəblilər arasında “Milli Parklarımızı tanıyaq” adlı bilik yarışması.