Martın 15-i gəlir

martin-15-i-gelir
Oxunma sayı: 2469

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, səfər martın 15-də baş tutacaq.

Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.