Martın afişası

martin-afisasi
Oxunma sayı: 990


“Qafqazinfo”nun məlumatına görə, martın 1-də Semyon Zlotnikovun “Ər arvadını atıb getdi”, 5-də Fyodor Dostoyevskinin “Karamazov qardaşları” tamaşaları nümayiş olunacaq.

Komediya həvəskarları martın 6-da Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, 7-də Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah” tamaşalarına baxa bilərlər.

Vladimir Neverovun “Parodiyalar paradı” martın 8-də olacaq.

Teatrın kollektivi martın 12-də Uilyam Şekspirin “Yay gecəsində yuxu” komediyasını, 13-də Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış “Yeddi gözəl” tamaşasını, 14-də də İlyas Əfəndiyevin “Büllur sarayda” dramını göstərəcək.

Pedro Kalderon de le Barkanın “Məhəbbətlə zarafat etmirlər” lirik komediyası martın 15-də, Rey Kuninin “Həddindən artıq evli taksi sürücüsü” komediyası martın 19-da oynanılacaq.

Tamaşaçılar martın 26-da Aleksandr Ostrovskinin “Qurdlar və qoyunlar”, 27-də Mixail Zadornovun “Ər almaq istəyirəm” komediyalarına baxa bilərlər. Mixail Lermontovun “Maskarad” dramı martın 28-də, Ceyms Ostinin “Qürur və qərəz” tamaşası 29-da göstəriləcək.

Rus Dram Teatrının kollektivi həmişə olduğu kimi, mart ayında da balaca tamaşaçılarını unutmayıb. Martın 1-də Valentina Reznikovanın “Yeni il gecəsində sehrbazlıq”, 7-də və 15-də isə Vladimir Neverovun müvafiq olaraq “Nağılı tap!-1” və “Nağılı tap!-2” tamaşaları nümayiş olunacaq.

Uşaqlar Aleksandr Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ına martın 8-də baxa bilərlər.

Yekaterina Çernyakın “Gözəl Vasilisa”sı martın 14-də göstəriləcək.

Moskva Teatrı aktyorlarının qastrolu çərçivəsində martın 20-21-də “Çəkməli pişik”, martın 22-23-də “Çipollinonun macəraları” nümayiş olunacaq.

Valentina Reznikovanın “Durna balığının buyruğu ilə”, “Maşa və ayı” tamaşaları müvafiq olaraq martın 28-də və 29-da oynanılacaq.