“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olundu - Video

masa-ve-ayinin-yeni-bolumu-azerbaycana-hesr-olundu
Oxunma sayı: 2854

 Məşhur “Maşa və ayı” cizgi filminin daha bir seriyası Azərbaycana həsr olunub.

“Qafqazinfo” xəbər verir ki, cizgi filminin qəhrəmanı Maşa oyuncaqlarına dünya xalqlarının məşhur nağıllarını danışır. Onlardan biri də Azərbaycanın xalq nağılı  “Məlikməmməd”dir.

Cizgi filmində Məlikməmmədlə Göyçək Fatimənin qarşılaşması təsvir olunur.

Göyçək Fatimə kamançada “Sarı gəlin”i ifa edir, Təpəgöz obrazından bəhs edilir. Həmçinin, azərbaycanlıların armudu stəkanda çay içmək ənənəsi, milli geyimlərimiz təsvir olunub.