Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə tərəflər ifadə verib.
Prosesdə Maşallah Əhmədov ifadə verib. O, dəymiş ziyana ödəməyə hazır olduğunu deyib. Daha sonra zərərçəkmiş şəxs Yusif Əzizov zərəri ödəsə, şikayətçi olmayacağını açıqlayıb.
Proses aprelin 11-də davam edəcək.
Qeyd edək ki, ittihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər