Masallı meşəsində yanğın

masalli-mesesinde-yangin-
Oxunma sayı: 744


“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı rayonu, Qəriblər kəndində (rayon mərkəzindən 10km aralı) meşə ərazisində  1 ha sahədə kol-kos, ağaclar və kötüklər yanıb. 

Meşə ərazisi və istirahət kompleksi yanğından mühafizə olunub. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.