Masallı sakinini Yardımlıda “tok” vurub öldürdü

masalli-sakinini-yardimlida-tok-vurub-oldurdu
Oxunma sayı: 2060

Yardımlıda bədbəxt hadisə baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, bu gün Masallı rayon sakini Xasay Məmmədovu elektrik cərəyanı vurub öldürüb.

X. Məmmədov mobil operatorlardan birində texniki xidmət göstərən şirkətin əməkdaşı imiş. 

Rayon sakini ötürücü stansiyada iş görərkən yüksək gərginli elektrik xəttinin onu vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.