Masallı xəstəxanasına yeni baş həkim təyin olundu - Foto

masalli-xestexanasina-yeni-bas-hekim-teyin-olundu
Oxunma sayı: 3350

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. 

Bu barədə “Qafqazinfo”ya xəstəxanadan məlumat verilib. Bildirilib ki, sözügedən vəzifəyə Eşqin Əliyev gətirilib.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Rasim Əzizov icra edirdi. 2003-cü ildən xəstəxananın poliklinika şöbəsinin müdiri olan R. Əzizovun işdən azad olunmasına sosial şəbəkələrdə marketlərin birindən oğurluqda şübhəli bilinməsi ilə bağlı yayılan videogörüntülərin səbəb olduğu ehtimal olunurdu.

Əvvəlki baş həkim Cəlil Nəzərov isə ötən ilin fevralında korrupsiya cinayətinə görə həbs olunmuşdu.

Gülnar Əliyeva