Masallıda 10 otaqlı ev yandı - Video

masallida-10-otaqli-ev-yandi
Oxunma sayı: 2761

Masallıda 10 otaqlı ev yanıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Boradigah qəsəbəsində ümumi sahəsi 424 m² olan (hər mərtəbəsi 212 m²) ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları və dam örtüyü 212 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.