Masallıda aclıq aksiyasını kimlər təşkil edir?

masallida-acliq-aksiyasini-kimler-teskil-edir-
Oxunma sayı: 635

Redaksiyamıza daxil olan məlumat hüquq müdafiəçisi Eynulla Fətullayevin aksiyaçılarla görüşündən sonra verdiyi açıqlama ilə başlayır: “Orada iki nəfər uzanmışdı. Gördülər ki, biz gəlirik, bir nəfər də gəldi. Aksiyanı çox soyuq yerdə, eyvanda keçirirdilər. Eyvanda isə yer metlaxdır və çox soyuqdur. Mən orada 15 dəqiqə dayana bilmədim”. –Bu sözləri Dekabrın 20-də cənub bölgəsinə səfər edən hüquq müdafiəçisi Eynulla Fətullayev “Media forum” saytına bildirmişdi.

Eynulla Fətullayev “Media forum” saytına bildirib ki, Masallıda aclıq aksiyası keçirən şəxslərlə görüşüb: “Məndə belə təəssürat formalaşıb ki, bu aksiyanı icra başçısına müxalif olan qüvvələr təşkil ediblər. Daha dəqiq desəm, mənə elə gəlir ki, bu, Masallıdan keçmiş deputat, Daşkəsənin icra hakimiyyətinin başçısı Əhəd Abıyevin tərəfdarlarının təşkil etdiyi aksiyadır”.

Məlumatda aksiyaçılara rəhbərlik etdiyi söylənilən Məmmədağa Eynullayevin də icra hakimiyyətində yüksək vəzifə tutarkən mətbuata verdiyi aşıqlamalar yer alıb: “2009-cu ildə Masallıda köklü islahatalr başlayanda, şəhərdə aparılan müəyyən abadlıq, təmizlik işləri bir iş adamının maraqlarına heç uyğun gəlməmişdi. Müxalifət mətbuatı bunu qarşıdurma adı ilə şişirdib gündəmdə saxladı. O vaxt İcra Hakimiyyəti cavab vermək hüququndan istifadə edib TV və mətbuat vasitəsilə vəziyyəti real olaraq izah etdi. Həmin izah, yəni İcra Hakimiyyətinin nümayəndəsinin ANS-in “Xəbərçi” proqramının 2009-cu il 13 yanvar tarixində yayımlanan buraxılışında efirə gedən çıxışı arxivlərdə var. Eyni açıqlama “Trend” İA-da gedib.
Həmin məlumatda “Trend” İA müxbiri Rayon İcra Hakimiyyətinin nümayəndsindən də açıqlama alıb. İH nümayəndəsinin sözlərinə görə, aclıq aksiyası keçirən sahibkarların bəzilərinin sənədləri yoxdur, bəzilərinin köşkləri isə şəhərin arxitekturasına uyğun deyil, aclıq aksiyası keçirənlərin arxalarında kimlərin durduğunu da bilirik”.

İcra Hakimiyyətinin nümayəndəsi kim olsa yaxşıdır? Hüquq şöbəsinin müdiri Məmmədağa Eynullayev. Bəli, hazırda guya aclıq keçirənlərdən biri olan Məmmədağa Eynullayev.
Kimdir bu Məmmədağa Eynullayev? Məmmədağa Eynullayev 1990-cı illərin əvvəllərində Xalq Cəbhəsinin Masallı rayon şöbəsinin sədri olub. İcra hakimiyyətində vəzifə alandan sonra Xalq Cəbhəsindən istefa verib. İşlədiyi dövrdə həmişə icra başçısının siyasətini müdafiə edib. Bu, barədə mətbuatda dəfələrlə məqalə də çap olunub. Vəzifədən çıxarılandan sonra birdən-birə əvvəl söylədiyinin əksinə danışmağa başlayıb”.

Məlumatda o da bildirilir ki, aclıq edənlər hazırda rayonda iş-güclərindədir, bazarlıq edir, hətta günortalar dost- tanışla çayxanada çay içir, yemək də yeyirlər. Ən maraqlısı isə odur ki, redaksiyamıza daxil olan məlumatda aclıq edənlərdən iki nəfərin- Zamanov Nadir Əliniyaz oğlu, Muradov İbrahim Salman oğlunun Lənkəran Ruhi Dispanserində qeydiyyatda olduğu bildirilir, ruhi xəstələrdən şəxsi məqsədlər üçün yararlanmağın rəzalət olduğu bildirilir. Məlumatda bir məqam da xatırladılır: “Bütün bu oyunlar Cənab Prezidentin Masallıya son səfərindən sonra başlayıb. Masallıda gedən quruculuq, abadlıq işləri, yeniliklər kimlərisə narahat edir”.