Masallıda ağır qəza

masallida-agir-qeza
Oxunma sayı: 652

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 13.00 radələrində Ələt- Astara magistral yolunun Masallı rayonunun Xıl kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” markalı, 50 BV 369 dövlət nömrə nişanlı minik avtomobili qarşıdan gələn 10 MT 183 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Nəticədə hər iki avtomaşında olan şəxslərdən 9-u müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyi Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.