Masallıda aksiya xəbəri yayıldı - - Fotolar

masallida-aksiya-xeberi-yayildi-
Oxunma sayı: 2799

Məlumatı dəqiqləşdirmək üçün Masallı RİH ilə əalqə saxladıq. 

Masallı RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəsir Muxtarlı açıqlamasında aksiya ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirdi. O, aksiyanın səbəblərini də izah etdi: “Bir müddət əvvəl rayon sakinlərindən birinin evi yanmışdı. Onlar da 10-15 nəfər yaxın qohumları ilə birlikdə icra hakimiyyətinə şikayətə gəlmişdilər ki, bizim evimiz yanmayıb, kimlərsə tərəfindən yandırılıb. İcra hakimiyyətindən də onlara bildirildi ki, hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır. Daha sonra onlar da ərazidən uzaqlaşdılar”.

N.Muxtarlı fotolarda da göründüyü kimi əraziyə xeyli sayda insanının necə toplaşmasına da aydınlıq gətirdi: “Fotolardan da aydın olur ki. insanların toplaşdığı yer rayon avtovağzalının qarşısıdır. Şikayətə gələnlər həmin yerdə ola bilsin ki, ləngiyiblər, bir az səs-küy olub. İnsanlar da ora toplaşıb. İcra hakimiyyətinin buna bir aidiyaytı yoxdur”.