Masallıda avtobusların akkumulyatorlarını oğurladılar

masallida-avtobuslarin-akkumulyatorlarini-ogurladilar
Oxunma sayı: 743

Masallıda 22 saylı marşrut xəttində fəaliyyət göstərən bütün avtobusların akkumulyatorları oğurlanıb.

“Qafqazinfo” Apa-ya istinadən xəbər verir ki, bu barədə həmin avtobuslardan birinin sürücüsü Röyal Həsənov bildirib.

Səhər saatlarında işə çıxan sürücülər avtobus dayanacağında Masallı-Boradigah marşrutunda fəaliyyət göstərən 9 avtobusun hamısının akkumulyatorunun oğurlandığını görüblər. Dəyən zərərin miqdarı ümumilikdə 1350 manatdır.

Masallı rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.