Masallıda azyaşlı su quyusuna düşdü

masallida-azyasli-su-quyusuna-dusdu
Oxunma sayı: 2244

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Öncəqala kəndində 1 nəfər azyaşlının su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə azyaşlını dərinliyi təqribən 10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.