Masallıda dəhşətli hadisə – - Körpə yanaraq öldü

masallida-dehsetli-hadise-
Oxunma sayı: 1166


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Yolağac kəndində baş verib.

Yalçın Abbasquliyevə məxsus ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın zamanı ev sahibinin oğlu 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib. 

Yanğın saat 03:50-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Murad Əhməd

“Qafqazinfo”