Masallıda dəhşətli qəza

masallida-dehsetli-qeza
Oxunma sayı: 1263


“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə "VAZ" markalı avtomobildə şəxsiyyətləri məlum olmayan sürücü və avtomobildə olan 2 nəfər sərnişindən birinin cəsədi, "Nissan" markalı avtomobildə olan 2 nəfər sərnişindən biri ağır bədən xəsarətləri ilə və 1 nəfərin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. "Nissan" markalı avtomobilin sürücüsü və "VAZ" markalı avtomobildə olan 1 nəfər sərnişin ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən avtomobillərdən çıxarılaraq Masallı rayon Mərkəzi xəstəxanasına aparılıblar.

Əməliyyat saat 13:45-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.