Masallıda ev külə döndü - Foto

masallida-ev-kule-dondu
Oxunma sayı: 1578

Masallının Qarğalıq kəndində ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.