Masallıda ev yandı

masallida-ev-yandi
Oxunma sayı: 1066

Masallı rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, yanğın 38 yaşlı Maya Ağayevaya məxsus evdə olub.

Belə ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Ev yaşayış üçün yararsız vəziyyətə düşdüyündən ana və 4 azyaşlı uşağı müvəqqəti olaraq yaxın qohumlarının evinə yerləşdirilib.

İlkin məlumata görə, evin yanmasına səbəb odun sobasının alışmasıdır.

Surxay Şahbazov