Masallıda güclü partlayış- - 2 nəfər öldü

masallida-guclu-partlayis-
Oxunma sayı: 1959


“Qafqazinfo” xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 15.50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb.

Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.

Güclü partlayış nəticəsində qaynaqçı ölüb.

Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Vüqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir. 

***

Masallıda baş verən partlayışda ağır xəsarətlər alan məktəblilərdən biri dünaysını dəyişib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, XI sinif şagirdlərindən biri, daha doğrusu Famil Habil oğlu Sadıqov Lənkəran Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan zaman keçinib.

Xəstəxanadan bildirilib ki, İman Vüqar oğlu Əliyevin də vəziyəti ağırdır. Onun yaşamaq imkanları aşağı qiymətləndirilir.