Masallıda iki maşın toqquşdu - Ölən və yaralanan var

Masallıda iki maşın toqquşdu
Oxunma sayı: 773

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını toqquşub.

Nəticədə “VAZ”-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi