22-25 mart 2018-ci il tarixlərində Masallı rayonunda Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən həyata keçirilən “ Azərbaycan qarşısında borc” gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təşəbbüsü” layihəsi çərçivəsində “Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iştirakçılar düşərgə ərazisi və qaydaları ilə tanış olduqdan sonra ilk təlimin mövzusuna uyğun olaraq kiçik qruplara - patrullara bölünüb. Təlim düşərgəsinin 2-ci günü səhər düzülüşü – bayraqların qaldırılması və dövlət himninin səsləndirilməsi ilə start verilib. Düzülüşdən sonra iştirakçılar gün ərzində 4 təlimdə iştirak ediblər. Təlimlər: “Skauting: qeyri-formal təhsil kimi”, “Düyünlər”, “Metodika və pedaqoqika” və “Liderlik nədir? Necə olmalıdır?” mövzularını əhatə edib.
Təlim düşərgəsində növbəti günlərdə “Azərbaycan qarşısında borc” adlı təlim də keçirilib. İştirakçıların gününü rəngarəng etmək üçün və onlara skautların yaşam tərzini göstərmək üçün təlim düşərgəsinin yaxınlığında eyni vaxta 6 yaşdan yuxarı skautların qatıldığı Novruz düşərgəsinə yürüş təşkil olunub. Sonra Masallı rayonunda Viləşçayın üzərində tikilmiş Viləşçay su anbarına da yürüş təşkil olunub.
Sonda “Liderlik məktəbi” təlim düşərgəsində fəal iştirakları sertifikatlarla təltif olunub və bayraqların endirilməsi ilə düşərgənin rəsmi bağlanış mərasimi həyata keçirilib.
.jpg)
Son xəbərlər
Son Xəbərlər