Masallıda maşın kanala aşdı, ölənlər var - Biri polisdir

Masallıda maşın kanala aşdı, ölənlər var
Oxunma sayı: 2974

Masallıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlrında Masallı rayonun Boradigah qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi “Reno” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb.

Sonra, nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Dərhal əraziyə FHN-in Lənkəran Regional Mərkəzinin Xüsusi Riskli Qüvvələri və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub.

Xilasedicilər avtomobildə olan sürücü və iki nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sürücü ciddi xəsarət almasa da, avtomobildə olan sərnişinlər Lənkəran rayon sakinləri 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadə boğularaq ölüb.

Qeyd edək ki, Bəhram Məmmzadə mühafizə polisində çalışırdı və evin tək övladı olub.