Masallıda “Nissan” yandı, sürücü yaralandı

masallida-nissan-yandi-surucu-yaralandi
Oxunma sayı: 1052

Masallıda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Yanğın zamanı avtomobilin sürücüsü əl nahiyyəsindən yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.