Masallıda poçt binası yandı

masallida-poct-binasi-yandi
Oxunma sayı: 1280

Bu gün Masallı rayonu, Masallı qəsəbəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus ümumi sahəsi 300 m2 olan poçt binasının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.