Masallıda poçta oğru girdi, seyfi kəndin çıxışında sındırdılar

masallida-pocta-ogru-girdi-seyfi-kendin-cixisinda-sindirdilar
Oxunma sayı: 1656

Masallı rayonunda poçtdan oğurluq edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dünən rayonun Çaxırlı kəndində baş verib.

Naməlum şəxslər poçta daxil olaraq içəridəki seyfi götürüb əl arabasına qoyublar və seyfi kəndin çıxışına aparıb orada sındırıblar. İçində pulu və sənədləri götürdükdən sonra seyfi yolun kənarına atıb, əl arabasını isə gətirib poçtun binasının yanına qoyublar. Hazırda cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.