Masallıda qəza - Piyada öldü - Foto

masallida-qeza
Oxunma sayı: 2396

Masallıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes VİTO” markalı minik avtomobili yolu keçmək istəyən rayonunun Sərçuvar kənd sakini 1980-cı il təvəllüdlü Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.

Sürücü piyadanı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Buna baxmayaraq M. Seyfiyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov