Masallıda təxribat törətmək istəyənlər həbs edildi

masallida-texribat-toretmek-isteyenler-hebs-edildi
Oxunma sayı: 1269


III Beynəlxalq Folklor Festivalı ilə bağlı Masallıya ezam olunmuş jurnalsitlərin suallarını cavablandıran R.Hüseynov Masallıda aparılan tikinti-abadlıq işləri, rayonun sosial-iqtisadi vəziyyəti və digər məsələlərdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, “AzerFax”ın əməkdaşının radikal və dövlətçiliyə təhlükə yaradan dini təriqətlərin Masallıda fəaliyyətini olub-olmamsı barədə sualını cavablandıran icra başçısı qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada insanlara dininə görə hər hansı ayrıseçkilik qoyulmur. Radikal, aqressiv xarakterli və ziyanlı fəaliyyətilə seçilən dini təriqət və qruplara gəldikdə, icra başçısı onların Azərbaycan dövlətinin gücü qarşısında aciz olduqlarını vurğulayıb. Bununla belə, R.Hüseynov müəyyən xoşagəlməz halların da olduğunu bildirib: “Masallı əhalisi şiələrdir və burada müəyyən təfriqəçilik yaratmaq meyilləri olub: “Əlbəttə, təfriqəçilik yaratmaq istəyənlər olub. Hətta birinci dəfə təşkil etdiyimiz I Beynılxalq Folklor Festivalını pozmaq da istəyiblər. Bir qrup gənc var idi. İstəyirdilər ki, I Festivalın işini pozsunlar, müəyyən təxribatlar törətsinlər. Təbii ki, müvafiq dövlər qurumlarl onları ifşa etdi və onlar həbs olundular. Belələri indi də var. Lakin onlar hansısa təhükə yaratmaq iqtidarında deyillər. Göründüyü kimi, Masallı Beynəlxalq Folklor Festivalı hər il öz masştabını böyüdür və  bu işdə bizə rayon sakinləri də dəstək verir. Masallı artıq dünyaya çıxır”.