Masallıda yanğın-taktiki təlim keçirildi - Video

masallida-yangin-taktiki-telim-kecirildi
Oxunma sayı: 724

“Masallı Sənaye Məhəlləsində” yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən təlimin keçirilməsində əsas məqsəd istehsalat sahəsində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə DYMX-nin Masallı, Cəlilabad və Lənkəran rayonu üzrə qüvvələri cəlb olunub.

Təlim zamanı istehsalat sahəsində baş vermiş şərti yanğınla əlaqədar yanğınsöndürmə qüvvələri operativ olaraq hadisə yerinə cəlb olunub, qısa müddətdə “yanğının söndürülməsi və zərərçəkmişlərin təxliyəsi” həyata keçirilib.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.