Masallıdakı yanğında ölənlərin sayı 3-ə çatdı - Video

masallidaki-yanginda-olenlerin-sayi-3-e-catdi
Oxunma sayı: 2666

Masallının Təzə Alvadı kəndində ikimərtəbəli evdə baş verən yanğında ölənlərin sayı 3-ə çatıb.

"Qafqazinfo" ARB-yə istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızı ilə yanaşı ev sahibi  Kamran Əzimov da həyatını itirib.

O, ağır yanıq xəsarətləri ilə Masallı Mərkəzi rayon xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Ailənin digər 3 üzvü isə xilas ola bilib.