Masazır gölünü xilas etmək lazımdır – - Millət vəkili

masazir-golunu-xilas-etmek-lazimdir-
Oxunma sayı: 1492


“Qafqazinfo” xəbər verir ki, millət vəkili iclasda müzakirə olunan –Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanun layihəsində yerli fauna və flora növlərinə uyğun olmayan  növlərin introduksiyası məsələsinin önəmli olduğunu deyib. “Çünki, Bakıda son vaxtlar yerli mühitə uyğun olmayan, bizə aid olmayan xeyli bitki növləri çox baha qiymətə gətirilir və yerli bitkilər əvəzinə bunlar əkilirlər. Mən bunları əsasən parkları nəzərə alaraq deyirəm. Dünyanın  bir çox  yerində yerli mühitə uyğun olan bitkilərdən istifadə edirlər.  Hətta parklarda belə meyvə  ağaclarından istifadə etməklə təbiəti zənginləşdirirlər. Amma bizdə bilmirəm nə məqsədlə edilir-yerli mühitə uyğun olmayan bahalı bitkilər gətirilir və bu bahalı bitkilərin çoxu da  sonradan  sıradan çıxır. Bu heç bir mənası olmayan bir davranışdır. Bu məsələyə müvafiq qurumlar tərəfindən bir münasibət olmalıdır ki, yerli növlərdən istifadə olunsun.

 Başqa bir məsələ, burda dəniz kənarı olan bir şəhərdə göl salmaq üçün Gənclikdə böyük bir sahədə yüzlərlə ağac qırılır və yerində bir göl salınır və məncə bu da doğru bir yanaşma deyil. Biz daha çox Bakının ağ  ciyərlərini artırmaq üçün ağacların salınmasından istifadə etməliyik. Bakı Xəzər dənizinin kənarında yerləşən şəhər olduğu üçün gölnən ağacları dəyişmək yanaşması doğru deyil.  Bir başqa bənd var burda, deməli, 10-1.7.7 ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi ilə bağlı olaraq. Bu bəndə istinadən Masazır gölünün acınacaqlı  vəziyyətinə toxunmaq, Masazır duz gölü ilə bağlı olaraq narahatlığımı bildirmək istəyirəm. Yəqin hər kəs oranı tanıyır və yanından keçəndə görürlər. Bu il onun davranışı tamamən dəyişdi, ortasından çarpaz bir xətt torpaq sahəsi çəkilib. Onun qabarma və çəkilməsindən duz əmələ gəlirdi və orda əsrarəngiz bir mühit yaranırdı. Bu il bu təbii duzəmələgəlmə prosesi baş vermədi. Orada aparılan işlərlə əlaqədar  bu  əsrarəngiz gölün ekologiyası pozulur. Mən hesab edirəm ki, orda görülən işlərlə bağlı olaraq izahat olmalıdır. Göründüyü qədər, gölün bir hissəsini qurutmaqla məşğuldurlar və orda artıq obyektləri tikməklə, zir-zibili tökməklə, bu işi görürlər. Mən hesab edirəm ki, bu cür əsrarəngiz təbiət hadisəsinə zərbə vurmaq olmaz və onun qorunması üçün müəyyən tədbirlər görülməlidir. Bu qanun da şərait yaradır ki, bununla bağlı bir tədbir görülsün. Mən çağırış edirəm ki, müvafiq orqanlar bunu da nəzərə alaraq Masazır gölünün xilas olması üçün tədbir görsünlər”.